Kompensasiya ödənişi üçün ərizə qəbulu müddəti bitdi | Banco.az

Kompensasiya ödənişi üçün ərizə qəbulu müddəti bitdi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən fevralın 6-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 137 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 53 milyon 389 min manat (ümumi kompensasiya öhdəliyinin 73%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilib.

Fonddan verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 127 miyon 382 min manatdan kompensasiya ödənilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan çox kompensasiya ödənilib.

Həmçinin “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 428 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 565 min manatdan artıq kompensasiya ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 434 milyon 991 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilmişdir.

Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 724 milyon 183 min manatdan çox kompensasiya ödənilib.

Qeyd edək ki, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət isə 4 fevral 2017-ci il tarixində başa çatıb.

Mənbə: Trend.az