Bu ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosu (İSB) 501 min manat kompensasiya ödəyib. “Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər bu rəqəmin 700 min manata çatacağı gözlənilir: “İSB-nin kompensasiya ödənişində təxminən 2 dəfə artım var. Ötən il bu rəqəm 377 min manat olub. Halbuki, fəaliyyətimizin ilk ilində 50 min manat ödəniş etmişdik”.
Mənbə: Report.az