Kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb | Banco.az

Kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri iyul ayının 1-nə 6 919,1 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, öhdəliyin həcmi iyunun 1-nə olan göstərici ilə müqayisədə 26,6 mln. manat və ya 0,38% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 739,2 mln. manat və ya 3,17 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 544,1 mln. manat və ya 28,72% artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et