Komitə sədri: "Azərbaycanın maliyyə sıxıntıları ilə üzləşməsi barədə yayılan xəbərlər əsassızdır" | Banco.az

Komitə sədri: "Azərbaycanın maliyyə sıxıntıları ilə üzləşməsi barədə yayılan xəbərlər əsassızdır"

"Hazırda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir və buna görə narahat olmağa dəyməz". Bunu Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Bakıda Avronest Parlament Assambleyası çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" konfransda bildirib.

O qeyd edib ki, Azərbaycanın maliyyə sıxıntıları ilə üzləşməsi barədə yayılan xəbərlər əsassızdır: "Azərbaycan artıq borcalan ölkədən borcverən ölkəyə çevrilib. Bu, çox ciddi amildir. "Əsrin müqaviləsi" kimi tanınan layihənin müddəti bu günlərdə 2050-ci ilədək uzadıldı. Bu, Azərbaycana xeyli gəlir gətirəcək".

Ən sərfəli kredit üçün müraciət et

Komitə sədri onu da deyib ki, bu gün dövlət büdcəsindən səhiyyə sahəsinə məqsədli proqramlar üzrə vəsaitlər ayrılır: "Dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin 45-47 faizi məqsədli proqramlar üzrədir".

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et