Kolorado ştatında vergilər bitcoin və ethereum ilə ödəniləcək | Banco.az

Kolorado ştatında vergilər bitcoin və ethereum ilə ödəniləcək

ABŞ-ın Kolorado ştatının sakinləri artıq 2022-ci ildə vergiləri bitcoin və ethereum ilə ödəyə biləcəklər. Kolorado ştatının qubernatoru Jared Polis CNBC-ə verdiyi müsahibədə bildirib ki, gələcəkdə administrasiya ştatda edilən bütün ödənişlər, məsələn, ovçuluq vəsiqəsi almaq və ya sürücülük vəsiqəsinin verilməsi üçün dövlət rüsumunu ödəmək üçün kriptovalyutalardan istifadəyə icazə verə bilər. Qubernator izah edib ki, vergiləri ödəmək üçün BTC və ya ETH-dən istifadə onların leqallaşdırılması demək deyil. Kriptovalyutaların məzənnəsinin güclü dalğalanmalara məruz qaldığını nəzərə alsaq, büdcə təşkilatları kripto aktivləri saxlamayacaqlar. Qəbul edilən kriptovalyutalar avtomatik ABŞ dollarına konvertasiya ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram