Kölgə iqtisadiyyatı nədir və onun ölkəmizdəki həcmi... | Banco.az

Kölgə iqtisadiyyatı nədir və onun ölkəmizdəki həcmi...

Kölgə iqtisadiyyatı həm də qeyri rəsmi iqtisadiyyat adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır. O iqtisadiyyat müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir, amma onu bütünlüklə zəbt edə bilmir. Çünki iqtisadiyyatın elə sahələri vardır ki, onları dövlətdən və cəmiyyətdən gizlətmək mümkün deyil, məsələn ev təsərrüfatları və ya icma təsərrüfatları.      

Kölgə iqtisadiyyatı həmçinin özündə qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir, lakin onlarla məhdudlanmır.

Kölgə iqtisadiyyatı – inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur (vergidən yayınır). Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili Əli Məsimli hesab edir ki,  Azərbaycanda "kölgə iqtisadiyyatı"-nın həcmi 33% cıvarındadır. Onun sözlərinə görə, Dünya Bankının rəqəmlərində Azərbaycanda "kölgə iqtisadiyyatı" 60%, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8% təşkil edir: “Məncə, bunun heç biri düzgün deyil və bu göstərici təxminən 33% təşkil edirAzərbaycanda "kölgə iqtisadiyyatı"nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir.” 

Ən sərfəli krediti almaq üçün müraciət et