Kölgə bankçılığı nədir? | Banco.az

Kölgə bankçılığı nədir?

Kölgə bankçılıq sistemi ənənəvi bank sistemi kimi fəaliyyət göstərən, lakin bank olamayan maliyyə təşkilatlarıdır. Banklardan fərqli olaraq depozit qəbul etmirlər.

Kölgə bankçılıq sistemi nədir?

Bunu, sadə bir izahla göstərmək olar. Məsəslən, ipoteka krediti götürmək istəyən hər hansı bir şəxs bu krediti əldə etmək üçün banka müraciət edir və bank ona faiz dərəcəsi 10% olmaqla bu məbləği təklif edir. Digər tərəfdən isə o, bu məbləği qeyri-bank kredit təşkilatından 9% dərəcəsi ilə əldə edə bilər. Əlbəttə, bu zaman həmin şəxs faiz dərəcəsi aşağı olduğu üçün ikinci təklifi seçəcəkdir.

Banklar, məsələn, 3% dərəcəsi ilə əmanətləri qəbul edib 10% dərəcəsi ilə kredit verərkən 7% mənfəət əldə edirlər. Bütün bu göstəricilər, eləcə də bütövlükdə kredit portfeli bankın hesabatında əks olunmalıdır, çünki banklar dövlət tərərəfindən ciddi nəzarət altında olur və bu hesabatlar bankın maliyyə vəziyyətini göstərir. Kölgə bankçılıq sistemin isə fərqi ondan ibarətdir ki, burada tənzimlənmə ya yoxdur ya da aşağı səviyyədədir. Burada isə kredit əldə etmiş şəxslər bu krediti adətən bazar qiymətli kağızlara çevirmək (securitize) və başqa investorlara satmaqla pullarını artırmaq niyyətində olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Kölgə bankçılığa olan ehtiyacın səbəbi nədir?

Iqtisadiyyatda ehtiyac duyulan kredit tələbatının bütünlükdə banklar tərəfindən ödənilməsi mümkün deyildir. Bu da kölgə bankcılığa olan tələbatı artırır. Məsələn, ümumilikdə kredit tələbatının 70%-ni banklar ödəyirsə 30%-i də bank olmayan maliyyə təşkilatı ödəyəcəkdir.  Əgər kölgə bankçılıq olmazsa kreditə olan tələbatın bir hissəsini ödəmək mümkün olmaz və eləcə də, iqtisadiyyatı hərəkətdə saxlamaq çətin olar.

Ən sərfəli krediti almaq üçün müraciət et