Köhnə qatar stansiyası necə kitabxanaya çevrildi? | Banco.az

Köhnə qatar stansiyası necə kitabxanaya çevrildi?

Hollandiya memarlıq şirkəti “Mecanoo” köhnə qatar stansiyasının interyerini yeniləyək “LocHal Kitabxanası” adı verilən bir yerə çevirib. Əslində isə bura ziyarətçilərinə öz evlərindəki kimi hiss etmələrini hədəfləyərək dizayn edilmiş kitabxana və mədəniyyət mərkəzidir.

1932 – ci ildə Hollandiyanın Tilburq şəhərində inşa edilən bu bina Hollandiya Dəmiryolu şirkətinə aid idi. Binanın döşəməsində köhnə qatar relslərini görmək mümkündür. Köhnə qatar  platformalarının üzərində inşa edilən masalar relslərin üzərində sürüşdürülərək daha böyük masalara çevrilə və ya kafelərin kənarına söykənilə bilir.

Uşaqlar da yaddan çıxmayıb

Bu yenilikçi dizaynla bağlı diqqət çəkən nüanslardan biri də binanın tarixinə hörmət əlaməti olaraq sütunların boyanmamasıdır. Binanın daxilində hər iki tərəfə də yerləşdirilmiş kitab rəfləri görürük. Rəflərlə əhatə olunmuş bu hissədə taxta masalar, lampa və kitabxanadan kitab alıb təhvil vermə prosesləri əsnasında istifadə edilmək üçün nəzərdə tutulmuş terminallar yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Binanın içində həmçinin nəhəng boya qələmlərinin və xətkeşlərin içinə yerləşdirilmiş rəflərdən ibarət uşaq kitabxanası da mövcuddur. LocHal kitabxanasının içində həm divarları həm də tavanı kitablardan ibarət olan yazı otağı, kafe, iclas otaqları və parça divarlarla ayrılmış qapalı iş mühitləri var.

Həmçinin oxu: Ən qeyri-adi dizayn nümunələri

Tamara Mustafayeva, Banco.az