Kofe qiymətləri bahalaşmaqda davam edir | Banco.az

Kofe qiymətləri bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Kofe qiymətlərində qlobal miqyasda bahalaşma davam edir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, dünyanın ən böyük qəhvə istehsalçısı olan Braziliyada hökm sürən quraqlıq və donvurma hadisələri səbəbindən qiymətlər ötən 7 ilin maksimumuna yüksəlib.

Kofe sevənlər üçün digər pis xəbər isə dünyanın ikinci ən böyük qəhvə istehsalçısı Vyetnamdan gəlib. Belə ki, hazır kofe və bəzi espresso qəhvələrində istifadə edilən Robusta qəhvə dənələrinin əsas istehsalçısı olan Vyetnamda yoluxma sayının artması və vaksinasiya ilə bağlı problemlər kofe qiymətlərinin bahalaşmasına səbəb olub.

Qeyd edək ki, Robusta qəhvə dənələri üzrə fyuçers qiymətlərində ötən həftənin cümə günü ilin əvvəlindən bu yana 50% artım müşahidə edilib. Qiymətlər isə dörd ilin ən yüksək səviyyəsi hesab edilən bir tonu 2 min 43 dollara qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et