“KOB könüllüləri” proqramı 5 yaşında | Banco.az

“KOB könüllüləri” proqramı 5 yaşında

“KOB könüllüləri” proqramına indiyədək 600-ə yaxın gənc qoşulub.

Bu il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” proqramının 5 yaşı tamam olur. 2023-cü ilin ötən dövründə “KOB könüllüləri” proqramına 60, indiyədək isə 600-ə yaxın gənc qoşulub.  

Fəaliyyətə başladığı ilk gündən KOBİA-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. “KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan gənclərə müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, KOB dostu ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak edirlər. 2 ay davam edən könüllü fəaliyyətini müqavilə öhdəliklərinə uyğun olaraq uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır.

Könüllü fəaliyyəti həmçinin, Agentlikdə işlə təmin olunmaq üçün də imkan yaradır. KOBİA-da könüllü olmuş gənclərdən 2-si cari il ərzində, indiyədək isə ümumilikdə 14 nəfər Agentliyin müxtəlif struktur bölmələrində işlə təmin edilib.

Ən sərfəli kredit üçün müraciət et

“KOB könüllüləri” proqramına qoşulmaq istəyən gənclər KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. Bu bölməyə daxil olan müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun gələn namizədlər könüllü fəaliyyəti üçün dəvət olunurlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et