Klaviaturalı BlackBerry telefonları bu tarixdə yenidən satışa çıxarılacaq | Banco.az

Klaviaturalı BlackBerry telefonları bu tarixdə yenidən satışa çıxarılacaq

Tamara Mustafayeva, Banco.az

Şübhəsiz ki, bir vaxtlar ən populyar mobil telefonlardan biri hesab edilən "BlackBerry" geri qayıdır. Simvolik dizayna sadiq qalmaqla yeni mobil telefonun da fiziki klaviaturaya malik olacağı planlaşdırılır. Bununla yanaşı, cihaz 5G texnologiyası ilə təchiz olunacaq və Android əməliyyat sistemi ilə işləyəcək.

Əslində sözügedən mobil telefonu BlackBerry şirkəti istehsal etməyək. Bunun əvəzində şirkət telefonun istehsal hüquqlarını mərkəzi ABŞ-ın Texas ştatında yerləşən OnwardMobility adlı şirkətə satıb. Bu təşəbbüs həmçinin cihazın dizayn və istehsal proseslərinə yardımçı olacaq FIH Mobile investisiya şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

OnwardMobility şirkətinin CEO-su Peter Franklin, "BlackBerry smartfonları əlaqəni, məlumatları və təhlükəsizliyi qoruma xüsusiyyəti ilə tanınır. BlackBerry və FIH Mobile şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni nəsil 5G cihazlarını bazara çıxarmaq bizim üçün əvəzedilməz bir fürsətdir.", deyə bildirib. 

Qeyd edək ki, yeni BlackBerry smartfonlarının xüsusiyyətləri və qiyməti hələ bəlli olmasa da, OnwardMobility şirkəti sözügedən mobil telefonu 2021-ci ildə satışa çıxarmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: 2020-ci ildə ağıllı telefon satışları nə qədər azaldı?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et