KİV nümayəndələri üçün seminar təşkil olunub | Banco.az

KİV nümayəndələri üçün seminar təşkil olunub

08 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) tərəfindən kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün “Forex Bazarı” mövzusunda seminar təşkil edilib.

Seminar Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunub “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.

“Valyuta Birjası (FX Market)”, “Marjinal ticarət”, “Alış və satış əməliyyatları”, “Analiz metodları”, “Fundamental və texniki təhlil” və digər mövzuların əhatə olunduğu seminarda KİV nümayəndələri və müstəqil fəaliyyət göstərən jurnalistlərə ətraflı məlumat verilib. KBTM-in peşəkar mütəxəssisi tərəfindən jurnalistlərə marjinal ticarət, kredit çiyni, bazarda həcm vahidləri, alış və satış əməliyyatları, MT4 ticarət platformasının yüklənməsi və istifadə qaydaları, fundamental və texniki təhlil metodları, əsas aksiomlar barəsində geniş məlumat verilmiş, KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

QKDK tərəfindən qiymətli kağızlar bazarında maliyyə savadlılığının artırılması məqsədi ilə davamlı olaraq müxtəlif tədbirlər təşkil olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et