Kirayə mənzillərə müraciətlərin qəbulu təxirə salındı | Banco.az

Kirayə mənzillərə müraciətlərin qəbulu təxirə salındı

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kirayə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində, saat 10:00-dan başlanılacağı açıqlanmışdı. Saat 11:30-da keçsə də, hələ də  "Elektron ipoteka və kredit zəmanət" sisteminə daxil olmaq mümkün deyil.

Qafqazinfo 

Ən sərfəli krediti almaq üçün müraciət et