Kirayə evlərin qiyməti qalxacaq - Açıqlama | Banco.az

Kirayə evlərin qiyməti qalxacaq - Açıqlama

"Avqust ayında kirayə mənzil bazarında qiymətlərin artımı gözlənilir".

Bunu açıqlamasında  "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, artıma səbəb tələbələrin gəlişi və bazarda tələbatın artması olacaq. 

Ekspert bildirib ki, iyul ayında kirayə mənzil bazarında 1,7 faiz qiymət azalması baş verib. İllik əsasda isə kirayə mənzillərin dəyəri 5,65 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

N.İbrahimov deyib ki, daha çox kirayə kimi 2 otaqlı mənzillər təklif edilir. O da məlum oldu ki, hazırda kirayə məzil bazarına kvadrat metrin orta qiyməti 7 manat təşkil edir.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et