Kiprin Azərbaycana birbaşa investisiya qoyuluşu azalıb | Banco.az

Kiprin Azərbaycana birbaşa investisiya qoyuluşu azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 593 milyon 17 min dollara bərabər olub.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% və ya 25 milyon 452 min dollar azdır.

Hesabat dövründə Kipr Azərbaycana ən çox sərmayə yatıran 3-cü ölkə olub. 

Qeyd edək ki, 2022-ci ilin eyni aylarında Kiprin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 618 milyon 469 min dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram