Kimlər işsiz olsa da, işsizlik müavinəti ala bilməz ? | Banco.az

Kimlər işsiz olsa da, işsizlik müavinəti ala bilməz ?

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı əsasında Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan vətəndaşlara birdəfəlik işsizlik müavinətinin verilməsi davam etdirilir.

Qərara əsasən, müavinətin məbləği minimum yaşayış məbləği həcmində -190 manat müəyyən edilib. Aprel və may aylarında həmin məbləğ işsiz vətəndaşlara ödəniləcək. Artıq işsiz statusu alaraq birdəfəlik müavinəti əldə etmək üçün işsiz şəxslər e-sosial.az saytında qeydiyyatdan keçməyə başlayıb.

Bəs işsiz şəxs anlayışı kimlərə aiddir? Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Ölkə üzrə əmək qabiliyyətli yaş 15 yaş hesab edilir və səlahiyyətli qurum Dövlət Məşğulluq Xidmətidir.

Məşğul şəxslərə isə aşağıda göstərilən şəxslər aiddir:

  • əmək müqaviləsi ilə işləyənlər;
  • mülki-hüquqi (xidməti) müqavilə ilə ödənişli olaraq iş və ya xidmət göstərənlər;
  • sahibkarlar;
  • kənd təsərrüfatına yararlı torpaq payının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının üzvləri;
  • haqqı ödənilən vəzifəyə seçilən və ya təyin edilənlər (deputat, bələdiyyə sədri və s);
  • Silahlı Qüvvələrdə xidmət edənlər;
  • ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar;
  • qanuni əsaslarla bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayanlar;
  • ölkə ərazisindən kənarda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.

fins

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et