Müəllif:Ayşən İmanova/Banco.aa
Cənubi Koreyanın avtomobil nəhəngi “Kia” 2024-cü ilin aprel ayından oktyabr ayına qədər istehsal olunmuş 1385 “Sorento” avtomobilini təmir üçün geri çağıracaq.
Banco.az xəbər verir ki, bu barədə carscoops.com məlumat yayıb.
Qeyd olunur ki, geri çağırılmaya səbəb yanacaq sisteminin konstruksiyasında müəyyən edilmiş qüsur olub.
Şirkətdən bildirilir ki, öndən toqquşma zamanı krossoverin ön alt çərçivəsi geriyə doğru hərəkət edə bilər. Bu, sükan çarxının yanacaq xəttinə doğru hərəkət etməsinə, potensial olaraq zədələnməsinə, yanacaq sızmasına və sonradan avtomobilin yanmasına səbəb ola bilər.
Qeyd olunub ki, yanvarın əvvəlində avtomobil sahiblərinə geri çağırma barədə məlumat veriləcək.