“Kia” yanğın təhlükəsi səbəbindən təxminən yarım milyon avtomobili geri çağıracaq | Banco.az

“Kia” yanğın təhlükəsi səbəbindən təxminən yarım milyon avtomobili geri çağıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia” ABŞ-də 2020-2024-cü model ilindən 462 869 “Telluride” yolsuzluq avtomobilini park edərkən və ya sürərkən yanğın təhlükəsi səbəbindən geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) saytında məlumat verilib.

Şirkətdən verilən məlumata görə, zədələnmiş avtomobillərdəki elektrik ön oturacaq mühərriki elektrik oturacağının tənzimləmə düyməsinin ilişib qalması səbəbindən həddindən artıq qıza bilər ki, bu da yanğına səbəb ola və yaralanma riskini artıra bilər.

Avtomobil istehsalçısı geri çağırış nəticəsində yaranan təmir işləri başa çatana qədər sahiblərinə nəqliyyat vasitələrini küçədə, digər nəqliyyat vasitələrindən və tikililərdən uzaqda saxlamağı tövsiyə edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, geri çağırma kampaniyası çərçivəsində nasazlıq pulsuz olaraq aradan qaldırılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram