Kia Apple avtomobillərini hansı ölkədə istehsal edəcək? | Banco.az

Kia Apple avtomobillərini hansı ölkədə istehsal edəcək?

Tamara Mustafayeva, Banco.az

Kia Apple avtomobillərini ABŞ-da istehsal etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Cənubi Koreyanın avtomobil nəhəngi Kia Motors razılıq əldə edildiyi təqdirdə Apple firması üçün elektromobil istehsalını ABŞ-ın Corciya əyalətində həyata keçirəcək.

Şirkət hazırda sözügedən avtomobillərin Corciyada istehsal edilməsi üçün müvafiq şəriklər axtarışındadır.

Qeyd edək ki, razılaşma milyardlarla dollar dəyərində sərmayə qoyuluşunu özündə ehtiva etdiyi üçün tərəflər hələ yekun razılığa gəlməyiblər. 

Həmçinin oxu: Apple elektromobil istehsalı üçün bu avtomobil şirkətini seçdi

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et