"KFC"nin xalis mənfəəti 12% azaldı | Banco.az

"KFC"nin xalis mənfəəti 12% azaldı

Müəllif:Ayşən İmanova/Banco.az

"KFC", "Pizza Hut" və "Taco Bell" restoranlarının sahibi olan ABŞ-nin restoran idarəetmə şirkəti "Yum! Brands" ikinci rübdə xalis mənfəəti azaldıb, gəliri isə artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti  məlumat yayıb.

"Yum! Brands"in ikinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 1,76 milyard dollara çatıb ki, bu da analitiklərin gözlədiyi 1,8 milyard dollardan azdır.

Eyni zamanda, ən azı bir il fəaliyyət göstərən pərakəndə satış məntəqələrinin gəlirləri nəzərə alınmaqla müqayisəli satışlar 1% azalıb. Şirkətin xalis mənfəəti illik müqayisədə 12% azalaraq 367 milyon dollar təşkil edib.

Çində gəlir artımına baxmayaraq, “KFC”nin ABŞ-dakı müqayisəli satışları 5%, xarici bazarlarda isə 3% azalıb. “Pizza Hut”da bu rəqəm ABŞ-da 1%, xaricdə isə 4% azalıb. Yalnız şirkətin portfelində üçüncü brend olan “Taco Bell” satışlarını 5% artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram