"KFC" şirkəti "KFC"ə bənzəməyən yeni restoran açıb | Banco.az

"KFC" şirkəti "KFC"ə bənzəməyən yeni restoran açıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“KFC” Orlandoda açılan “Saucy” konsepti ilə yemək təcrübəsini fərdiləşdirir.

Banco.az xəbər verir ki, sürətli xidmət göstərən restoranlar şəbəkəsi “KFC” ləzzət seçimlərini daha da şaxələndirmək və müştərilərə unikal təcrübə təqdim etmək məqsədilə yeni tematik restoranın qapılarını həvəskarlarının üzünə açıb.

KFC 'Saucy': The newest store looks absolutely nothing like a KFC | CNN  Business

"Saucy" adlı bu müstəqil restoran Florida ştatının Orlando şəhərində 20 dekabr 2024-cü ildə fəaliyyət başlayıb.

Ənənəvi KFC restoranlarından fərqli dizayna sahib olan “Saucy” canlı rəng palitrası və texnologiya yönümlü xüsusiyyətləri ilə diqqət çəkir. Konsepsiya xüsusilə yemək təcrübəsində fərdiləşdirməyə üstünlük verərək, sous seçimləri ilə şaxələnmiş menyusu vasitəsilə toyuq həvəskarlarına yeni bir yanaşma təqdim etməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Saucy”nin menyusuna dünya mətbəxlərindən ilhamlanaraq hazırlanmış 11 müxtəlif sous daxildir. 

Restoranın dizaynında rəqəmsal köşklər və istifadəçilərə rahat sifariş təcrübəsi üçün açıq əyləncə sahəsi var. Bundan əlavə, əməliyyatların səmərəliliyini artırmaq üçün "rəqəmsal əkiz" sistemindən istifadə olunur. Bu sistem real vaxt məlumatları ilə prosesləri optimallaşdırır və yeməyin həmişə təzə təqdim olunmasını təmin edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram