Keyfiyyət sahəsində audit üzrə yeni dövlət standartı qəbul edilib | Banco.az

Keyfiyyət sahəsində audit üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycanda müəssisə və təşkilatlarda idarəetmə sistemini daim nəzarətdə saxlamaq, onun effektivliyinin qiymətləndirilməsi və artırılması məqsədilə beynəlxalq standart əsasında AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin təqdim etdiyi standart layihəsini Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standart audit proqramının idarə edilməsi və idarəetmə sisteminin auditinin keçirilməsi üzrə təlimatları və prosedurları müəyyən edir.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et