Azərbaycanda kərə yağı və duru bitki yağlarının istehsalı artıb | Banco.az

Azərbaycanda kərə yağı və duru bitki yağlarının istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-iyul aylarında ölkədə 16 625,5 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% çoxdur.  

Banco.az xəbər verir ki, bu ilin 1 avqust tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 61,6 ton olub.

Hesabat dövründə ölkədə 25 108,6 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artıb. 1 avqust tarixində ölkədə duru bitki yağı ehtiyatı isə 5 173,5 ton olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et