Kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb | Banco.az

Kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3.675,8 mln. manat təşkil edib. Hesabatda qeyd olunur ki, ümumi göstəricinin 1.902,2 mln. manatı heyvandarlıq, 1.773,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et