Kənd təsərrüfatı məhsullarının alğı-satqısı hansı qaydada sənədləşdirilməlidir? | Banco.az

Kənd təsərrüfatı məhsullarının alğı-satqısı hansı qaydada sənədləşdirilməlidir?

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul oluram. Bir sıra hallarda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından müxtəlif növ kənd təsərrüfatı məhsulları alıram. Alınmış mallar hansı qaydada sənədləşdirilməlidir?

Vergilər Nazirliyinin şərhinə əsasən, 1 yanvar 2020-ci ilədək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alınarkən yalnız "Malların alış aktı" ciddi hesabat blankı tərtib edilirdi. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, malların alış aktı elektronlaşdırılıb. Belə ki, vergi ödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda ciddi hesabat blankı olan "Malların alış aktı"nın tərtib edilməsinə zərurət yaranmır.

Ən sərfəli kredit üçün müraciət et

Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda "Malların alış aktı" tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib olunur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et