Kənd Satılır | Banco.az

Kənd Satılır

İnternet vasitəsilə alış-veriş son illərdə hər kəsin vərdişləri arasına girib. Lakin italyan bir satıcı bu mübadiləni başqa bir ölçüyə çıxararaq, Alpine adlı kəndin hamısını e-ticarət saytı olan eBay vasitəsilə satışa təqdim etdi. 245 min Avroya kənd İtaliyanın Calsazio şəhərinin kəndi, sayt vasitəsi ilə "İndi Al" başlığı ilə, 245 min Avroya alıcısını gözləyir.

Kənddə cəmi 50-dən çox otağa sahib olan 14 dənə ev var. Kənd, İtalyanın Turin şəhərindən 50 km aralıda yerləşir Adı it2014.piemo olan satıcı, eBayda 5 İyulda qeydiyyatdan keçmiş kimi görünür.

Ən sərfəli kredit üçün müraciət et

Kəndin İngilis alıcıların marağını çəkə biləcəyi ifadə edildi. İngiltərədə orta hesabla bir evin satış qiyməti 323 min Avrodan başlayır.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et