Kənar auditin əhəmiyyəti | Banco.az

Kənar auditin əhəmiyyəti

Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır:

  • Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;
  • Dövlət orqanları tərəfindən məcburi olmayan audit

Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət orqanları tərəfindən məcburi olmayan kənar audit yoxlaması isə əsasən müəssisənin səhmdarları, mülkiyyətçiləri, üzvləri və digər maraqlı tərəflərinin tələbi ilə həyata keçirilir, baxmayaraq ki, bu qanunla tələb olunmur. Çünki böyük müəssisələrdə menecerlər (direktorlar) və müəssisənin sahibləri (səhmdarlar) ayrı-ayrı şəxslərdir. Eləcə də, müəssisənin kənar audit rəylərinin müsbət olması səhmdarlar tərəfindən həmin müəssisəyə olan etibarı yüksəldir və maliyyə bazarında həmin müəssisənin səhmlərinə olan tələbatı artırır. Çünki, investorlar investisiya etmək istədikləri müəssisənin ilk növbədə audit rəyləri ilə tanış olurlar.

Kənar auditorlar isə öznövbəsində bir sıra etik qaydalara riayət etməlidirlər. Bunlar obyektivlik, bütövlük, professional səriştəlilik, gizlilik, peşəkar davranışdır. Həmçinin kənar auditorlar öz yoxlamalarını doğruluq və ədalət çərçivəsində həyata keçirməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et