Ötən il Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbirdə deyib.
O bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün Azərbaycanda potensial var. Hər iki ölkə başqa sahələrdə də əməkdaşlığı genişləndirə bilər. Azərbaycan ilə İsrail arasında enerji sahəsindəki əməkdaşlıq əlaqələri iqtisadiyyatın digər sahələrində də qurula bilər.
2018-ci ildə İsraildən Azərbaycana 40 mindən çox turist gəlib.
Bbu barədə aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbirdə vergilər naziri Mikayıl Cabbarov deyib.
“Bu, 2017-ci ilə nisbətən 25 min artım deməkdir. Belə ki, 2017-ci ildə İsraildən ölkəmizə 15 min turist gəlib”, - deyə nazir qeyd edib.
Marja