Kavani və Neymarı üz-üzə qoyan 1 milyon avro | Banco.az

Kavani və Neymarı üz-üzə qoyan 1 milyon avro

PSG-nin iki cənubi amerikalı hücumçusu Neymar və Edinson Kavani Fransa Liqasının 6-cı turunda "Lyon"a qarşı matçda (2:0) konflikt yaşamışdı. Oyun zamanı onlar əvvəlcə cərimə zərbəsi, daha sonra penalti yerinə yetirmək üstündə mübahisə etmişdilər.

"L`Equipe" nəşrinə istinadən xəbər verilir ki, mübahisənin səbəbi ən sərrast futbolçu üçün nəzərdə tutlan bonus ola bilər. Kavaninin müqaviləsində xüsusi bənd var ki, uruqvaylı forvard Liqa 1-in bombardiri olacağı halda 1 milyon avro bonus qazanacaq. Neymarın da müqaviləsinə analoji bəndin salınması mümkündür. Zlatan İbrahimoviç Liqada bombardir olmasına görə 1.5 milyon avro bonus qazanırdı.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə qeyd edir ki, "Lyon"la matçdan sonra Neymar və Kavani arasındakı mübahisə paltardəyişmə otağında da davam edib. Konfliktin əlbəyaxa davaya çevrilməsinə PSG-nin kapitanı Tyaqo Silva imkan verməyib. Bu hadisədən sonra Neymar İnstagram-da uruqvaylı hücumçunu izləməyi dayandırıb. Kavani isə açıqlamasında özünü komandanın əsas hücumçusu kimi gördüyünü, eyni zamanda "sambaçı" ilə arasında problem olmadığını bildirib.

Mənbə: Goal.az