"Kapital Bank" Kassir vəzifəsinə vakansiya elan edib.
Bildirmək itərdik ki, vəzifə Ağcabədi rayonundadır. Vəzifə üçün qoyulan tələblər:
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Mübadilə məntəqəsində iş bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.
Siz, xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurmalı və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət etməlisiniz, əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxmalı və xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmalısınız.
Əgər vakansiya sizi maraqlandırırsa CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Ağcabədi-Kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!