Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a verilən məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu növ sığortadan toplanan sığorta haqqı 4,2 dəfə artaraq 2,6 milyon manat təşkil edib. Bundan başqa, kənd təsərrüfatı heyvanlarının sığortasında yığım 3 dəfə artaraq 1,2 milyon manat, kreditlərin sığortasında isə 2,2 dəfə artaraq 603 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,3% artaraq 50,8 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 5,5% artaraq 330 min manat, səfər sığortasında 6% artaraq 1,7 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 4% artaraq 23,9 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 42,7% artaraq 1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 11,1% artaraq 27,1 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 64,1% artaraq 22 milyon manat, avtomobillərin icbari sığortasında isə 13,6% artaraq 58,3 milyon manat manat təşkil edib.
9 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə ipoteka sığortalarında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 100% azalıb. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 4 min manata, yük daşıyanın mülki məsuliyyətinin sığortasında isə 62,5% azalaraq 1000 manata düşüb.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 21,4% azalaraq 9,8 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 22,1% azalaraq 6,7 milyon manat, tibbi sığortada 0,1% azalaraq 53,1 milyon manat, avtomobillərin könüllü sığortasında 17,1% azalaraq 23 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 7,5% azalaraq 286 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 11,9% azalaraq 104 min təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kreditlərin sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 31,9 dəfə artaraq 125 min manat təşkil edib. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında yığım 2,7 dəfə artaraq 61 min manat, ümumi mülki məsuliyyətin sığortasında isə 2,5 dəfə artaraq 254 min manat olub.
Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 2,2 dəfə artaraq 1,7 milyon manat, həyatın yaşam sığortasında 48,1% artaraq 30,6 milyon manat, tibbi sığortada 5,5% artaraq 37,1 milyon manat, avtomobillərin icbari sığortasında isə 16,1% artaraq 24,5 milyon manat təşkil edib.
9 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə hava və su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortasında qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş 78,1% azalaraq 14 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında ödəniş 75,4% azalaraq 1000 manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 17,8% azalaraq 833 min manat, səfər sığortasında 29,1% azalaraq 139 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 21,3% azalaraq 4,8 milyon manat, kasko sığortasında 10,5% azalaraq 18,4 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 70,1% azalaraq 132 min manat olub, istehsalatda bədbəxt hadisələrdən sığortada 9,2% artaraq 1,8 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 48,7% azalaraq 788 min manat təşkil edib.