2015-ci ilin yanvar-may aylarında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu növ sığortadan toplanan sığorta haqqı 28,6 dəfə artaraq 364,9 min manat təşkil edib. Bundan başqa, su nəqliyyat vasitələrinin sığortasında yığım 7 dəfə artaraq 2 milyon manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 6,6 dəfə artaraq 1,16 milyon manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 23,1% artaraq 31,8 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 4,7 dəfə artaraq 160 min manat, fərdi qəza və xəstəlik sığortasında 12,3% artaraq 4,7 milyon manat, səfər sığortasında 8% artaraq 732,7 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 7,5% artaraq 18,8 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 2,2 dəfə artaraq 13,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 8,7% artaraq 209,4 min manat, avtomobillərin icbari sığortasında isə 19,1% artaraq 30 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 15% artaraq 73,5 min manat təşkil edib.
5 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 35,2% azalaraq 204,2 min manata düşüb. Bundan başqa, auditorların peşə məsuliyyətinin icbari sığortasında yığım 30,3% azalaraq 3285 manat, işəgötürənin məsuliyyət sığortasında isə yığım 24,7% azalaraq 353,7 min manat olub.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 0,1% azalaraq 6,6 milyon manat, tibbi sığortada 6% azalaraq 40 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 7,6% azalaraq 11,8 milyon manat, avtomobillərin könüllü sığortasında 10% azalaraq 12,9 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 3,6% azalaraq 413,7 min manat təşkil edib.
Bu ilin yanvar-may aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın yaşam sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 14 dəfə artaraq 23,07 milyon manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 3,3 dəfə artaraq 1,22 milyon manat, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında isə 2,7 dəfə artaraq 61,3 min manat olub.
Sığorta ödənişlərinin məbləği tibbi sığortada 8,3% artaraq 20,6 milyon manat, avtomobillərin icbari sığortasında isə 17,1% artaraq 12,9 milyon manat təşkil edib.
5 ay ərzində sığorta ödənişlərinin ən çox azalması əmlakın yanğından və digər risklərdən sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 85,4% azalaraq 831 min manat təşkil edib. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 80,9% azalaraq 2 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 75,9% azalaraq 72,7 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında ödəniş 2,6% azalaraq 471,3 min manat, səfər sığortasında 9,2% azalaraq 81,6 min manat, kasko sığortasında 8,4% azalaraq 10,3 milyon manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 4,7% azalaraq 859,1 min manat, daşınmaz əmlakın icbari sığortasında isə 53,1% azalaraq 407,4 min manat təşkil edib.