Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, bu ilin yanvar-noyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kənd təsərürfatı heyvanlarının sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,5 dəfə artaraq 354 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında yığım 2,3 dəfə artaraq 504 min manat, kreditlərin sığortasında isə 83,5% artaraq 134 min manat olub.
Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 78,7% artaraq 2 milyon manat, həyatın yaşam sığortasında 64,1% artaraq 38,7 milyon manat, tibbi sığortada 4,7% artaraq 46,3 milyon manat, səfər sığortasında 15,9% artaraq 277 min manat, avtomobillərin icbari sığortasında isə 10,6% artaraq 30,1 milyon manat təşkil edib.
11 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödəniş 78,8% azalaraq 61 min manat, sağalmaz xəstəliklərtdən sığortada isə 78,1% azalaraq 14 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 28,1% azalaraq 1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 26% azalaraq 5,3 milyon manat, kasko sığortasında 15,6% azalaraq 21,8 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 71,5% azalaraq 160 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 2,5% azalaraq 2 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 38,9% azalaraq 1,1 milyon manat olub.