KASKO sığorta üzrə yığımlar və ödənişlər artıb | Banco.az

KASKO sığorta üzrə yığımlar və ödənişlər artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-fevral aylarında 9 milyon 180 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 511 min manat və ya 37.7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 574 min manat və ya 21% artaraq 3 milyon 306 min manata çatıb. Ötən ilin ilk 2 ayında bu növ üzrə yığımların məbləği 6 milyon 669 min manat, ödənişlərin məbləği isə 2 milyon 732 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram