KASKO sığorta üzrə yığımlar 23% artıb | Banco.az

KASKO sığorta üzrə yığımlar 23% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə bu ilin yanvar-noyabr aylarında 47 milyon 642 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 973 min manat və ya 23.2% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 3.1 milyon manat və ya 20.1% artaraq 18.3 milyon manata çatıb. Ötən ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 38.7 milyon manat, ödənişlərin məbləği isə 15.2 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram