Kartmane və Portmone – fərqləri hansılardır? | Banco.az

Kartmane və Portmone – fərqləri hansılardır?

Banklarımız sizə müxtəlif depozit məhsulları təqdim edirlər.

Bu dəfə sizə onlardan, innovativliyə meylliyi baxımından  fərqlənən ikisini təqdim etmək istərdik.

Portmone (NBC Bank) və Kartmane (Rabitəbank) hər ikisi depozit kartlardır.

NBC Bankdan Portmone

Əgər müştəri əmanətini Portmone depozitində yerləşdirirsə, həmin məbləğə hesablanmış faizlər gündəlik olaraq, müştərinin kartına köçürülür. Faizləri götürmək üçün ayın hər hansı bir günü gözləmək lazım gəlmir. Müştəri istənilən zaman kartından faizləri çıxara bilər.  

Digər bir üstünlük isə depoziti artırmaq imkanıdır. Amma bunu etmək üçün mütləq bankın hər hansı bir filialına yaxınlaşmaq tələb olunur.

Həmçinin qeyd etmək istərdik ki, Portmone depoziti üzrə faiz dərəcəsini müştəri özü seçə bilər.

Əmanəti açmaq üçün minimal məbləğ 500 AZN.

Minimal məbləğ 500 AZN/USD/EUR 

Müddəti

AZN

USD

AVRO

1 il

9-12.00%

9-12.00%

8.00%

2-5 il

9-13.00%

9-13.00%

8.00%

İllik hesablanmış faiz ayların sayına və həmin məbləğ isə aydakı günlərin sayına bölünür və gündəlik olaraq karta köçürülür.

  •  İllik 9 % -ə ( 9% daxil olmaqla ) qədər qəbul olunacaq əmanətlər üzrə ilk 9 ay ərzində hər ay əmanətin ilkin məbləğinə məhdudiyyətsiz olaraq vəsait əlavə etmək imkanı verilir.
  • 10 ; 11 ; 12 ; 13 %-lə tətbiq olunan əmanətlərə yatırım ilk 9 ay ərzində ilkin məbləğin 100%-i həcmində olunacaqdır.

Əmanətin vaxtından tez çıxarılması zamanı:

  • 6 ay müddəti tamam olmadan çıxarılırsa illik 4%-lə hesablanacaqdır. (Manat -4%, Avro - 3%)
  • 6 ay müddətindən çox olan zaman isə 6% tətbiq olunacaqdır. (Manat -6%,USA -4%,  Avro -5%)
  • Plastik kart hədiyyə olunur.

Rabitəbankdan Kartmane

Rabitabankın təqdim etdiyi Kartmane bazardakı bu növ məhsullar içərisində öz əlverişli şərtləri ilə həqiqətən seçilir və öz pulunu yığmaq arzusunda olanlar üçün ideal vasitə hesab oluna bilər.

Debet rejimində olan bu karta siz istənilən vaxt istədiyiniz miqdarda vəsait əlavə edə və çıxara bilərsiniz.

Hesabınızı artırmaq üçün, Kartdan-karta xidmətindən (Card-to-Card)  həftənin 7 gün 24 saat ərzində banka gəlmədən Rabitəbankın və ya digər bankların bankomatlarından istifadə edə bilər, eləcə də İnternet Bankçılıq xidmətinə qoşulmaqla İnternet vasitəsilə öz vəsaitinizi artıra bilərsiniz.

Kart üçün minimal məbləğ 100 AZN

Kart hesabınızın qalığından asılı olaraq faizlər aşağıdakı cədvələ uyğun hesablanır:

1-3 ay

3-6 ay

6-9 ay

9-12 ay

12-24 ay

3%

6%

9%

12%

14%
 

Ən sərfəli kredit üçün müraciət et

Faizlər əsas məbləğin üzərinə gündəlik əlavə olunur. Ay üzrə hesablanmış faizlərə görə də faizlər növbəti aydan etibarən aylıq olaraq hesablanır. 

  • Pula təcili ehtiyac yaranarsa Siz hər zaman topladığınız pulu yığım kartınızdan heç bir komisyon haqqı tutulmadan hesablanmış faizlərlə birlikdə çıxara bilərsiniz və ya digər kartlarda olduğu kimi dünyanın istənilən ölkəsində ödənişlər zamanı istifadə edə bilərsiniz
  • Siz istədiyiniz vaxt Kartmane kartınıza bağlı öz adınıza və ya 3-cü şəxslərin adına əlavə kart ala bilərsiniz. Əlavə kartınızla yığım kartınızın qalığında olan vəsaitdən istifadə edərkən kart tariflərinə uyğun komisyon haqqı tutulur
  • Pul yığmaq üçün hesabınızı Azərbaycan manatı və ya ABŞ dollarında aça bilərsiniz

Fərqli cəhətləri:

  1. Portmonedə siz əmənati banka yerləşdirirsiniz və onu yalnız müqavilə müddətinin sonunda götürə bilərsiniz, karta isə yalnız hesablanmış faizlər daxil olur. Kartmanedə isə bütün vəsait kartda olur və ondan istifadə etmək imkanınız var.
  2. Portmonedə siz illik faizi özünüz seçirsiniz  (9-dan 12-ə qədər). Kartmanedə isə vəsaitin kartda qalma müddətindən asılı olaraq, faizlərin hesablanması dəyişir.
  3. Vəsaiti artırmaq baxımından da fərqlilik vardır.  Kartmanedə olan vəsaitinizi artırmaq üçün heç bir məhdudiyyət qoyulmur və bunu “kartdan-karta xidməti” ilə etmək mümkündür.
  4. Portmone isə depozit məhsuludur, faizlər sabit olur, pulun kartda olmaması onların xərclənməsi ehtimalını azaldır və yığılmasına imkan verir. Həmçinin siz depoziti vaxtından əvvəl çıxartsanız belə faizləri tam itirmirsiniz. Həmin göstəricilər isə yuxarıda verilib.