Kartın PİN kodunu necə dəyişmək olar? (Pin change üzrə komisyon) | Banco.az

Kartın PİN kodunu necə dəyişmək olar? (Pin change üzrə komisyon)

Plastik kartlarla bağlı bütün təhlükəsizlik qaydalarında deyilir ki, kartın PİN kodunu kartın üzərinə yazmayın və ya onu üzərinizdə yazılı şəkildə gəzdirməyin. Yaxşı olar ki, kartların kodunu yaddaşda əzbər saxlayasınız. Bəs, əgər sizin bir yox bir neçə kartınız varsa, bütün bu kodları yadda saxlamaq mümkünmüdür?

Həm də nəzərə alın ki, hər hansı bir kartın kodunu üç dəfə yanlış yığdıqda, kart avtomatik olaraq bloka düşür və onun blokunun açılması da sizin üçün əlavə bir vaxt itkisidir. Kartınızın kodu yalnız sizə məlum olur. Ona görə də kodu müvəqqətini unutsanız da, tamamı ilə itirmək və ya yaddan çıxarmaq heç bir halda tövsiyə olunmur.

“PİN Change” xidməti bir neçə plastik kart sahibi olan müştərilərə öz standart PİN kodlarını yeni və daha yadda qalan kodla əvəzləmək imkanı verir.

Belə ki, kart dəyişdirildikdə və ya eyni adam bir neçə kartın sahibi olduğu halda bütün PİN-kodları yadda saxlamaq çətinlik yaradır. “PİN Change” xidməti məhz belə kateqoriya müştərilər üçün nəzərdə tutulub. Bu xidmət istənilən dördrəqəmli kodu fikirləşib karta tətbiq etmək imkanı verir.

Kartın  Pin kodu əsasən bankomat vasitəsi ilə dəyişdirilir. Lakin bəzi banklarda onu internet bankinq vasitəsi ilə də gerçəkləşdirmək mümkündür.

İstər AzeriCard, istər də MilliKart prosessinq mərkəzlərində xidmət olunan bankların müştəriləri, həmçinin Kapital Bankın müştərilər pin change xidmətindən yararlana bilər. Bank Standard-da xidmət hələ ki aktiv deyil.

PIN kodu dəyişdirmək üçün Siz aşağıdakıları etməlisiniz:
• Plastik kartı ATM-ə daxil edin;
• Xidmətin dilini seçin;
• Kartın PIN kodunu daxil edin;
• "PIN-Change" xidmətini seçin;
• Yeni PIN kodu daxil edin;
• PIN kodu yenidən daxil edin;
• Bütün verilənlərin düzgünlüyünü təsdiqləyin.

Bütün məlumat bankomatın displeyində əks olunacaq. (Əgər sorğuda səhvə yol vermisinizsə, bankomatda "Cancel" düyməsini basın və bütün verilənləri yenidən daxil edin).

PİN kodu dəyişmək imkanı məhdudiyyətsizdir. PİN kodu yeniləyərkən təhlükəsizlik baxımından təkrarlanan və ya ardıcıl olan rəqəmləri seçmək və ya bir neçə kart olduğu halda bütün kartlara eyni kodu tətbiq etmək tövsiyə olunmur.  Hər bir əməliyyata görə bankdan asılı olaraq müəyyən komisyon haqqı tutulur.

Bəzi banklarda bu xidmətə görə 1 əməliyyat üçün tutulan komisyon haqqını aşağıda görə bilərsiniz.

Bankın adı

Pin change xidmət haqqı

AtaBank

1 AZN

Unibank

                   Bankomatda 1, filialda etdikdə 2 AZN

DəmirBank

Pulsuz

Yapı Kredi Bank*

Pulsuz

İBAR

1 AZN

AG Bank

2,00 AZN

Azəri-Türk Bank

0,50 AZN

Turan Bank

1,00 AZN

EkspressBank

1,00 AZN

AccessBank

1,00 AZN

Bank of Baku

2,00 AZN

ParaBank

1,00 AZN

Bank Respublika

0.70 AZN

XalqBank

1,50 AZN

VTB Bank

2,00 AZN

Muğan Bank

1,00 AZN

Rabitə Bank

2,00 AZN

Kapital Bank*

Ödənişsizdir (əgər köhnə pin kod unudulmayıbsa)

Bank BTB

3 AZN

Amrahbank

2 AZN

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycanda - Pin kodunuzu dəyişmək üçün 24 saat fəaliyyət göstərən *0444 Yapi Kredi Telefon Mərkəzinə zəng edib, təhlükəsizlik mərhələsindən keçdikdən sonra, kodu dəyişə bilərsiniz. Şəhər telefonlarından edilən zənglər pulsuzdur

Xəzər Aslanov/Banco.az