Karlos Slimin biznes qaydaları | Banco.az

Karlos Slimin biznes qaydaları

Mənim hədəfim pul deyil. Mən öz kollektivim ilə vəhtəd təşkil edən uğurlu kompaniyalar yaratmağa can atıram.

  • Mən nəyisə etməyə qərar verəndə bunu dərhal, çox tez edirəm.
  • Böhran vaxtı hamı aktivlərdən qurtulmağa çalışanda, mən əksinə yeni aktivlər alırdım.
  • Vaxtımın çox hissəsini yeni texnologiyaların öyrənilməsinə həsr edirəm Mən bilməliyəm ki, dünyada nə baş verir və bundan istifadə edərək, necə qazanmaq olar.
  • Yoxsulluq artım üçün ən münbit şərait, ən yaxşı ortamdır. Öz ölkəmi yoxsulluq içərsindən çıxarmaq mənim həyatımın ən başlıca investisiyasıdır.
  • Zənginlik elə bir tarladır ki, burada siz aldığınız bəhrəni paylaşmalısınız, quru bitkiləri deyil.
  • Həyatının hətta ən rahat dövründə belə artıq dəbdəbədən uzaq ol, çünki bu sənin stabilliyini təmin edəcək, özü də ən çətin dönəmlərdə.
  • Kompromis və məsuliyyət – uğurlu biznesin ən başlıca sütunlarıdır.
  • Mənim hədəfim pul deyil. Mən öz kollektivim ilə vəhdət təşkil edən uğurlu kompaniyalar yaratmağa can atıram.
  • Mənim reputasiyam məni narahat etmir. Əgər siz başqalarının fikri ilə yaşayırsınızsa, siz ölüsünüz. Mənim ömrümün qalan hissəsini törəmələrimin haqqımda nə söyləyəcəyi fikri ilə yaşamaq niyyətində deyiləm.
  • Bir çox insanlar öz uşaqlarından ötrü dünyanı yaxşıya doğru dəyişmək istəyirlər, Mən isə öz uşaqlarımı dəyişmək istəyirəm ki, onlar dünyaya daha yaxşı xidmət etsinlər.  

Könül Soltanova, [email protected]

Ən sərfəli kredit üçün müraciət et