Karlos Slim Yer kürəsinin ən zəngin insanıdır. Forbes jurnalına əsasən onun sərvətinin miqdarı 79, 6 milyard dollar həcmində qiymətləndirilir.
Banco.az sizə Karlos Slim haqqında maraqlı faktları təqdim edir:
- İncəsənət vurğunudur. Ogüst Rodenin yaratdğı heykəltəraşlıq nümunələrindən ibarət ən böyük kolleksiyaya sahibdir. 1999-cu ildə vəfat etmiş xanımının xatirəsinə hörmət olaraq, Mexikoda “Museo Soumaya” muzeyinin əsasını qoymuşdur. Muzeydə onun kolleksiyasında yer alan eksponatlar sərgilənir.
- İldə bir dəfə böyük Slim ailəsi, nəvələr və biznesin gələcək varisləri olacaq oğulları ilə birlikdə Meksikanın qərb sahillərində istirahət etmək üçün bir yerə toplaşır. Ailə dəyərləri və məsuliyyəti Slim üçün hər zaman birinci yerdə dayanıb.
- Slimin yaşadığı imarətdə xüsusi bir otaq vardır – Bu otaqda hərarət və rütubətin səviyyəsi siqarların saxlanılması üçün məxsusi tənzimlənir. Şahidlərin sözlərinə görə, məhz həmin otaqda Slim siqar çəkərək, onu dünyanın ən zəngin insanına çevirəcək vacib biznes qərarlarını qəbul edib. Indi o dünya varlılarının siyahısında birinci yerdədir.
- Karlos Slim öz altı uşağına riyaziyyatı özü öyrədib. Bu zaman, o, övladlarına həm də biznesin əsaslarını da aşılamağı unutmayıb. Üç oğlu atasının yolunu davam etdirir. Onlardan ən böyüyü – Karlos Slim Domit “Carso Group”-un idarə heyətinin sədri vəzifəsini icra edir.
- Meksikanın və eləcə də dünyanın ən zəngin insanı özü nadir hallarda texnologiyanın xidmətlərindən istifadə edir.
- Təvazökarlığı, qənaətcilliyi ilə məşhurdur, dəbdəbəni sevmir. Hətta ən yüksək səviyyədə keçirilən görüşlərə belə adi, kalkulyator quraşdırılmış, elektron saatlar taxır.
- “Carlos Slim Institute of Health” adlı sağlamlıq fond-institutunun təsisçisidir. İnstitut şəkər və xərçəgnlə mübarizə işləri ilə məşğuldur.
- Doğma Meksikanın iqtisadiyyatına və təhsil sisteminə milyon və milyardlarla investisiya edir.
- Karlos Slim Elu, Nikolas Neqropontenin “Hər bir uşağa bir noutbuk” proqramının ən başlıca investorlarından biridir.
Könül Soltanova, [email protected]