Karantindən sonra işə adaptasiya problemini necə həll etmək olar? | Banco.az

Karantindən sonra işə adaptasiya problemini necə həll etmək olar?

"Karantin rejimi bitəndən sonra yaşından asılı olmayaraq hər bir şəxsdə iş şəraitinə adaptasiya problemi olacaq. Çünki insanlar bir aydan çoxdur evdən çıxmırlar, səhər tezdən yuxudan oyanıb işə getmirlər, iş rejimindən uzaqlaşıblar və bir növ daha rahat şəraitə uyğunlaşıblar". 

Bunu açıqlamasında Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva deyib.

Onun sözlərinə görə, kəskin rejim dəyişikliyi olan şəxslər daha çox çətinlik çəkəcəklər: "Bu dövrdə kim online şəkildə işləyirdisə, onların adaptasiyasında ciddi problemlər olmayacaq. Amma online işləməyən, tamamilə sərbəst qalan insanlar üçün daha çətin olacaq. Ümumiyyətlə iş rejiminə uyğunlaşmanı asanlaşdıran müəyyən məqamlar var. Bu məqamlardan ən önəmlisi işi sevib-sevməməkdir. Rejimin nə qədər dəyişilməsindən asılı olmayaraq işini sevən insanlar daha tez uyğunlaşırlar. İşini sevməyən insanlarda isə adaptasiya prosesi uzun çəkir. Çünki onlar həvəssizdir, işlərini sevmirlər. Digər tərəfdən də xeyli vaxtdır evdə qalıblar. Bu kimi səbəblər onların işini çətinləşdirir". 

Psixoloq karantindən sonra işə daha rahat uyğunlaşmaqla bağlı tövsiyələr verib: "İşə başlayandan sonra dincəlməni tamamilə kənara atmasınlar. Mütləq iş və dincəlmə saatlarını balanslaşdırmaq lazımdır. Karantin dövründə hansi hobbilərimizlə məşğul olurduqsa, işə başlayandan sonra da davam etməliyik. Bununla kəskin fərqi azalda bilərlər. Bu da adaptasiyaya köməklik edəcək. Məsləhət görülür ki, daha yüngül işləri ilk həftələrdə öhdələrinə götürüb, ağır işləri, görüşləri digər həftələrə salsınlar". 

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et