Karantin rejminin yumşaldılması Bakıda ticarət obyeklərini bahalaşdırıb | Banco.az

Karantin rejminin yumşaldılması Bakıda ticarət obyeklərini bahalaşdırıb

İyun ayı ərzində Bakı kommersiya obyektlərinin satış və kirayə qiymətləri bahalaşıb.

MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, iyun ayı ərzində Bakıda kommersiya obyektlərinin satış qiyməti 5.17% bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 14.7% bahalaşma qeydə alınıb.

Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi iyun ayı ərzində 5.78%, ötən illə müqayisədə isə 13.47% bahalaşıb.

N.İbrahimov bildirib ki, kommersiya obyeklərinin bahalaşmasının səbəblərindən biri də karantin qaydalarının yumşaldılması olub. Beləki, karantin qaydalarının yumşaldılması bazarda aktivliyi artırıb ki, bu da qiymətlərə təsirsiz ötüşməyib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram