Karantin rejimini pozanların ödədiyi cərimələr koronavirusla mübarizəyə yönəldiləcək | Banco.az

Karantin rejimini pozanların ödədiyi cərimələr koronavirusla mübarizəyə yönəldiləcək

“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb”.

Bunu ünvanlanan sorğuya cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Nazirlik rəsmisi qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və "2020-ci il dövlət büdcəsi haqqında" qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: “Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmaları koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et