Bu dəfə (Virgin Groupun rəhbəri) Richard Bransonun Kapitalizmlə bağlı yazısına müraciət etdik. Əslində bu məhfum hamıya tanışdı, lakin illər keçdikcə kapitalizmin məğzi bir qədər dəyişib. Richardın fikrincə kapitalizm, cəmiyyəti öz innovasiyaları ilə çiçəkləndirir və daha ürəkaçan edir. Cəmiyyət genişləndikcə, ətraf mühitlə bağlılığı artdıqca, biznes- lider rolunda çıxış etməlidir. Yəni əsas məsuliyyət biznesin üzərinə düşür.
Paul Tudor Jones II, Tudor Investment Corporation və Tudor Groupun təsisçisi TedX talkda " Artıq kapitalizmin dar çərçivəsindən çıxmaq, onun əsas rolunu diqqətə gətirməyin vaxtıdır. Kapitalizm daha ədalətli və məsuliyyətli olmağa məcburdur." deyə vurğulayıb.
Richard qeyd edir ki, gözəl və rahat dünya qurmaq üçün B Teamin yaradılması əsl motivasiya oldu. O, bu komandanın üzvü olduğu üçün qürur duyduğunu da əlavə edib. B Teamin əsas məqsədi qlobal biznes liderlərini əməkdaşlığa gətirməkdən ibarətdir. Onlar gəlir əldə etməklə yanaşı cəmiyyət və ətraf mühitin qayğısına qalmağı da prioritet elan ediblər. Həmçinin bu missiyaya digər biznes liderlərin də cəlb olunmasına çalışırlar.
Biznes ənənəvi yolla inkşaf etməməlidir. O, daim iqtisadi və sosial faydalar verməli, ətraf mühitin qayğısına qalmalıdır.
Paulun nitqindən çıxarışları təqdim edirik: "Artıq neçə onillikdir ki, gəlirlər və sosial problemlər bir-birini tamamlaya bilmir. Yeniyetmə hamiləliyi, savadsızlıq faizi və s. kimi mənfi hallar bugün də davam etməkdədir. Cəmiyyətdə adətən 3 yolla yeniliyə, tərəqqiyə nail olmaq olur: İnqilab, müharibə və vergilərin yüksəldilməsi. Lakin mən bunların hər üçünün üzərindən xətt çəkərək öz variantımı təklif edirəm: Ədalətli, Əmakdaşlığa söykənən Davranış. Çünki biznes müəssisələri və rəhbərləri bəşəriyyətə təsiretmə gücünə malikdir. Mən demirəm ki, bütün biznesmenlər və iri şirkətlər xeyriyyəçilik addımlarını genişləndirsin və s. Bizim öhdəmizə düşən isə ədalətli mühit qurub, Azad Bazar sistemi yaratmaqdır. Bəs buna necə nail olmaq olar? Daha keyfiyyətli qida və digər istehlak məhsulları istehsal etməklə, təbiətə minimum zərər verməklə. Yeganə və həqiqi innovasiya, ədalətli olmaqdır."
Kapitalizm elə bir sistemdir ki, o milyonlarla insana uğurlu və müvəffəqiyyət təklif edir. İndi isə onun bütün bəşəriyyət və planetimizə kömək etmə vaxtı gəlib çatıb. Paul çıxışını bu cümlə ilə yekunlaşdırıb: "Bİz gəlirlərimizə paralel olaraq ədalət də qatanda dünyadakı ən gözəl şeyi əldə edirik. Yenidən humanizmə qayıdır və onu daha yaxşı dərk edirik."