Kapitalını 50 mln manata çatdırdı | Banco.az

Kapitalını 50 mln manata çatdırdı

"Muğanbank” ASC-nin ümumi məbləği 4 964 200 manat təşkil edən 23 471 ədəd adi sənədsiz adlı səhmlərinin emissiyası başa çatıb. Banco.az portalının bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, AZ1001005466 qeydiyyat nömrəli səhmlərin hər birinin nominal dəyəri 200 manatdır.

Ən sərfəli kredit üçün müraciət et

Yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 45 305,80 min manatdan 50 mln. manata çatıb.

Xatırladaq ki, Azərbaycan ərazisində 44 filialı və 6 şöbəsi olan “Muğanbank” 1992-ci ildə fəaliyyətə başlayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et