Kapitalından ən yaxşı istifadə edən banklar - SİYAHI | Banco.az

Kapitalından ən yaxşı istifadə edən banklar - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 522,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 773,569 milyon manat məbləğində nizamnamə kapitalının 10,95%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 61%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, Azərbaycanda 25-ci bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank ötən 9 ayda nizamnamə kapitalının 53,2%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Unibank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 8-cidir.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 44,1%-lik göstərici ilə "Kapital Bank" ASC sahib olub. Baxmayaraq ki, "Kapital Bank" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.

Mənfəətlə işləyən qalan 20 bankdan 7-də sözügedən göstərici 10-26% arasında, 8 bankda 1-10% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.

 

 

 

Bankın adı

 

Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti

1

Bank of Baku

61,0%

2

Unibank

53,2%

3

Kapital Bank

44,1%

4

Azərbaycan Beynəlxalq Bankı

26,0%

5

Express Bank

22,7%

6

Bank Respublika

21,3%

7

PAŞA Bank

19,4%

8

Bank Avrasiya

11,9%

9

Azərbaycan Sənaye Bankı

11,1%

10

Premium Bank

10,6%

11

Rabitəbank

7,5%

12

Yapı Kredi Bank Azərbaycan

6,8%

13

Xalq Bank

6,7%

14

Naxçıvan Bank

6,5%

15

AFB Bank

6,2%

16

Bank BTB

6,0%

17

Zıraat Bank Azərbaycan

6,0%

18

Bank VTB Azərbaycan

2,0%

19

Günay Bank

1,6%

20

Azər-Türk Bank

1,3%

21

Turan Bank

0,5%

22

NBC Bank

0,2%

23

Atabank

0,0%

24

Yelo Bank

-0,5%

25

AGBank

-2,2%

26

Pakistan Milli Bankı - Bakı

-3,2%

27

Muğan Bank

-8,3%

28

Amrah Bank

-20,6%

29

İran Milli Bankı - Bakı

-26,2%

30

Access Bank

-35,0%

 

Orta hesabla

11,0%

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et