Kapitalına görə ən güclü 3 bank məlum oldu | Banco.az

Kapitalına görə ən güclü 3 bank məlum oldu

Banco.az olaraq sizlər üçün 31 dekabr 2017-ci il tarixinə olan Kapitalına görə bankların renkinqini hazırlamışdıq. Həmin siyahıdan da məlum olur ki, ilk üçlükdə  - 948,186 mln. manat kapitalı ilə Beynəlxalq Bank birinci, 402,711 mln. manat kapitalı ilə Paşa Bank ikinci, 325,944 mln. manat kapitalı ilə isə Kapital Bank üçüncü yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cəmi kapitalı 3,534 mlrd. manat olan bank sektorunda kapitalın əsas hissəsi yuxarıda qeyd olunan 3 bankın payına düşür. Belə ki, Beynəlxalq Bank, Paşa Bank və Kapital Bank-ın cəmi kapitalı hazırda fəaliyyət göstərən bütün bankların cəmi kapitalının 50%-ə qədərini, yəni 47,45%-ni təşkil edir.