Kapitalın hərəkətinə nəzarət gücləndiriləcək | Banco.az

Kapitalın hərəkətinə nəzarət gücləndiriləcək

Bu il Azərbaycanda yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsinin hazırlanması nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Sənəddə həmçinin monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi, karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi, kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi qeyd olunub.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et