KapitalBank-dan təhsil işçilərinə “Payız fürsəti” | Banco.az

KapitalBank-dan təhsil işçilərinə “Payız fürsəti”

Kapital Bank 5 oktyabr Müəllimlər Günü münasibətilə “Gözəl peşə, özəl təklif” layihəsi çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işcilərinə yeni “Payız fürsəti” lotereyasını təqdim edir. Şərtlərə görə 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirən təhsil işçiləri, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.

2 noyabr və 4 dekabr 2017-ci il tarixlərində keçiriləcək tiraj zamanı ümumilikdə 500-dən artıq müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonuncu tirajında isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək.

Bundan başqa “Gözəl peşə, özəl təklif” adlı güzəştlikredit kampaniyası da 1 dekabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dəkendirimedilir,8 000 AZN-dəkisə zaminsiz verilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.