Kapital bazarları üzrə masterklass təlimlər keçirilmişdir | Banco.az

Kapital bazarları üzrə masterklass təlimlər keçirilmişdir

18-19 aprel 2019-ci il tarixində Bakı Fond Birjasının Bilik mübadiləsi proqramı çərçivəsində ADA universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Qlobal Kapital Bazarları mövzusunda masterklass təlimləri təşkil olunmuşdur.

Təlim ərzində Yaxın Şərq, Afrika, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, İsrail və Türkiyə qiymətli kağızlar bazarları üzrə mütəxəssis GünselTopbaş tərəfindən qiymətli kağızırların növləri, inkişaf etmiş ölkələrdə fond bazarlarının arxitekturası, inkişaf tendensiyaları barədə nəzəri və praktiki biliklər tədris edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Təlimlər ali təhsil müəssisələri və tədqiqat institutularında kapital bazarlarına dair praktiki biliklərin təşviqi məqsədi daşıyır. Auditoriyada İqtisadiyyat və Maliyyə ixtisasında təhsil alan tələbələr və müvafiq tədris heyəti iştirak etmişdir.