21 dekabr 2018-ci il tarixində BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi həyata keçiriləcəkdir. Emissiya prospektinə əsasən, yerləşdirilmənin başlandığı tarixdən ilk 2 iş günü yalnız üstünlük hüququna sahib olan emitentin səhmdarlarının sifarişi anderrayter tərəfindən təmin ediləcəkdir.
İmtiyazlı səhmlərin satış qiyməti 12.39 AZN təşkil edəcəkdir. Qeyd edək ki, səhmlər üzrə illik gəlirlilik dərəcəsi 15%-dir.
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın yerləşdirməyə başlanması tarixi |
Q/k-ın ilkin ticarət qiyməti |
1 |
AZ3001005157 |
İmtiyazlı adlı sənədsiz |
1 614 205 (ədəd) |
21.12.2018 |
12.39 AZN |
Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.